"PSG Finans" MMC bank olmayan kredit təşkilatı (BOKT) Bakıda nümayəndəliyini açmağa hazırlaşır.
FED.az xəbər verir ki, nümayəndəlik paytaxtın Xətai rayonunda, Mehdi Mehdizadə küçəsi, 2 ünvanında fəaliyyət göstərəcək.
“PSG Finans” dan FED.az –a verilən məlumat görə, BOKT gələcəkdə aran rayonlarında da ilkin olaraq nümayəndəlik, sonra isə filial açmaq planlarının olduğunu bildirdilər. Bunu aran rayonlarında həyata keçirməyə səbəb kimi həmi rayonlara dövlət tərəfindən kənd təsərrüfatına daha çox vəsait ayırılması ilə izah etdilər
Xatırladaq ki, hazırda "PSG Finans" müştərilərinə baş ofisi və Qubadakı filialı ilə xidmət göstərir.