Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası çərçivəsində elektron portal hazırlayıb.
FED.az xəbər verir ki, fiziki şəxslər pk.fimsa.az ünvanında yerləşən bu portala daxil olaraq ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə detallı məlumat ala biləcəklər.
Eləcə də bax: Prezidentdən “Diqlas”dakı yanğınla bağlı - TAPŞIRIQ
Belə ki, portal vətəndaşlara hesablanmış kompensasiyanın məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları özündə əks etdirir.
“Azərbaycanda bəzi vətəndaşlar şəxsiyyət vəsiqəsindəki fərdi identifikasiya nömrəsinin (FİN kodunun) dəqiq olmaması ilə əlaqədar problemli kreditlərin həllinə dair portalda adlarını tapmaya bilər”.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov bildirib.
Eləcə də bax: Dövlət "Diqlas"da zərərçəkənlərə kompensasiya ödəyəcək