Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 avqust 2018-ci il tarixinə 1 milyard 782,1 min manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən xəbər verir ki, problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edir. Bu ötən ilin noyabrından bəri ən yüksək göstəricidir.
İlin əvvəlinə nisbətən problemli kreditlərin həcmi 155,4 milyon manat və ya 9,6% artıb. Son bir ayda isə problemli kreditlərin həcmində 36,4 milyon manat artım baş verib.