Azərbaycanda ölkə daxilində debet və kredit kartları ilə POS-terminallardan nağdsız ödənişlər artıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2017-ci ildə POS-terminallar ilə nağdsız ödənişlər 808 milyon manat təşkil edib. Halbuki, 2016-cı ildə POS-terminallar ilə nağdsız ödənişlər 527 milyon manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə 53% artım baş verib.
2016-cı ildə ATM-lər vasitəsilə 329 milyon manat olan nağdsız ödənişlər 2017-ci ildə 314 milyon manata düşüb.