İşəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan peşə təhsil müəssisəsinin təhsilalanlarına onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə həmin müəssisələrdə mövcud olan əməkhaqqının 20 faizindən az olmamaq şərti ilə əməkhaqqı ödəyəcək.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu bu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, layihəyə əsasən, iş yerində tərcübə müqaviləsi əsasında təhsilalanlar işçi heyətinin siyahısına daxil edlmir və onlara ödənilən əməkhaqqından vergi tutulmur.
İ.Həbibbəyli qeyd edib ki, iş yerində yetkinlik yaşına çatmayanlarla təcrübə müqaviləsi onların valideynləri və qanuni nümayəndələri adından bağlanır.