“Biz niyə büdcədə neftin qiymətini 50 dollardan aşağı götürməliyik?”.
FED.az xəbər verir ki, bu sualla parlamentdə çıxışı zamanı deputat Tahir Kərimli hökumətə müraciət edib.
Deputat deyib ki, bütün beynəlxalq təşkilatların proqnozuna görə, neftin 1 bareli 50 dollardan aşağı olmayacaq.
“Niyə bizim hökumət qiymətin aşağı düşə biləcəyini düşünür? Əgər biz 48-50 dollardan götürsək, bu zaman büdcədə canlanma yaranacaq, gəlirlər artacaq. Büdcə kəsiri 778 milyon manatdır. Ancaq bundan narahat olmağa dəyməz. Hər il “Əsrin Müqaviləsi”ndən 450 milyon dollar və ya 765 milyon manat əlavə vəsait daxil olacaq ki, bu da büdcə kəsirini qaradan qaldırmağa imkan yaradacaq. Daxili və beynəlxalq borclara görə, narahat olmağa dəyməz”.
Deputat qeyd edib ki, maliyyə amnistiyası elan olunmalıdır ki, bir çox şəxslər öz kapitallarını ölkəmizə qoysun. Tahir Kərimli eyni zamanda təmsil etdiyi bölgənin problemlərindən də danışıb.
“Ağsu yeganə şəhər mərkəzidir ki, küçələ asfaltlaşıb, elektrik problemi yoxdur. Ancaq bəzi kəndlərdə su problemi var. İsmayıllıda bəzi kəndlərdə yol problemi var. Ağsunun özündə 5 məktəbin təmirinə ehtiyac var”.
Deputat həmçinin Taarif Şurasında nazirlərin şəxsən təmsil edilməsinin də önəminə diqqət çəkib.
“Mərkəzi Bankın sədri dedi ki, manat xarici şoklardan asılıdır. Mən çox narahatam. Taarif Şurası deyə bilərmi ki, yanacaq qalxacaq ya yox? Çünki qalxsa, qiymət artımı baş verəcək. Deputat həmkarlarım da çıxışlarında bu məsələlədən narahatlığını dilə gətirdilər. Məncə, Taarif Şurasına ya nazirlərin özləri daxil olsun, ya da bu məsələni hökumət nəzarət etsin”.
Spiker Oqtay Əsədov deputatın çıxışına münasibət bildirib.
“Biz hə rbirimiz öz seçicilərimizlə bağlı məsələni qaldırırıq. 125 deputatıq, hər birimizin qaldırdığımız məsələlər müzakirə edilərək, tədricən nəzərə alınır. Bizim ümumi işimizin nəticəsidir ki, hər il müəyyən işlər görülür. Neftin qiymətinə gəldikdə, biz riskləri qabaqlayırıq. Neftin qiyməti 60 dollar qalacaqsa, çox gözəl. Biz mayda büdcəyə yenidən baxa bilərik. Neftin qiyməti yüksək olarsa, mayda büdcəyə dəyişiklik etmək olar”.
Parlamentdə maliyyə amnistiyası təklif edildi
17:11
22 Noy 2017