Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Eləcə də bax: Mərkəzi Bankın rəhbərliyinə - NAMİZƏDLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilir.
Daha sonra deputatlar məsələ ilə bağlı çıxış edəcəklər. (Report)