Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər iqtisadi artımı təmin etmək üçün yetərli olmayıb.
Eləcə də bax: Pandemiyadan ən çox zərər görən sahələr - Açıqlanıb
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Rəydə qeyd olunub ki, dövlət büdcəsinin icrası barədə hesabata əsasən hesabat ilində dövlət büdcəsindən pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə 1390,0 mln. manat vəsait ayrılıb, bu məbləğin 1353,0 mln. manatı tam istifadə edilib. Həmçinin, iqtisadi dəstək tədbirləri üzrə digər büdcədənkənar mənbələr hesabına 2,5 mlrd. manat vəsaitin səfərbər edilməsi mümkün olub.
Həyata keçirilən tədbirlər məhdudlaşdırma tədbirlərinin neqativ təsirlərini qismən yumşaltsa da, iqtisadi artımı təmin etmək üçün yetərli olmayıb. (Apa)