Azərbaycan Respublikasın Auditorlar Palatası 2026 və 2027-ci il üzrə üzvlük haqqı məbləğlərini artırmayacaq.
Palatadan FED.AZ biznes xəbər saytına bildirilib ki, hazırda illik olaraq yerli audit şirkətləri tərəfindən Palataya 6000 manat, beynəlxalq audit şirkətləri 12 000 manat, böyük dördlüyə daxil olan audit şirkətləri (Deloitte, KPMG, PWS və Ernst &Young ) tərəfindən isə 24 000 manat məbləğində üzvlük haqqı ödənilir.
Qeyd olunub ki, cari il və növbəti il üçün üzvlük haqqı məbləğlərinin artırılması məsələsi hələki gündəmdə deyil. Qeyd olunan məbləğlər növbəti iki il üçün də keçərli olacaq.
Xatırldaq ki, Auditorlar Palatasına 203 audit təşkilatı və 66 sərbəst auditor üzvdür.









