“Banklar haqqında” qanuna 36.6-1-ci maddə əlavə edilir.
FED.az xəbər verir ki, əlavə edilən 36.6-1-ci maddəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü Asim Zülfüqarov məsələni şərh edərək bildirib ki, “Banklar haqqında” qanuna edilən düzəliş vətəndaşların sosial rifahının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət daşıyır. İnsanlara çox aşağı faizlə güzəştli kreditlər veriləcək.Dəyişiklik banklar arasında da ədalətli rəqabət mühiti yaradacaq.
Eləcə də bax: Banklara limit qoymaqdansa, onlar arasında ayrı-seçkilik ləğv olunmalıdır - EKSPERT