Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən KİV nümayəndələri üçün keçiriləcək təlim artıq başlayıb.
FED.az xəbər verir ki, palatanın beynəlxalq kart təşkilatları ilə əməkdaşlığı çərçivəsində , “VISA Inc.” beynəlxalq kart təşkilatı ilə birgə bu gün “Holiday Inn” mehmanxanasında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlimin keçirilməsinə başlanılıb.
Təlimdə rəqəmsal ödəniş sistemləri, elektron ödənişlər və kölgə iqtisadiyyatı, rəqəmsal ödənişlərin iqtisadi təsiri, bu sahədə məhdudiyyətlər, müxtəlif ölkələrdə elektron ödənişlərin qəbul səviyyəsi, “nağdsız ödəniş” təcrübəsi, habelə “VISA Inc.” beynəlxalq kart təşkilatı tərəfindən bu sahədə tətbiq olunan innovativ məhsul və xidmətlər haqqında məlumat veriləcəkdir. Təlimdə “VISA Inc.” beynəlxalq kart təşkilatının Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrika region ölkələri üzrə Qlobal ictimai siyasət departamentinin rəqəmsal ödənişlər sahəsində eksperti Majeed Hujair çıxış edəcəkdir.
Palata KİV nümayəndələri üçün beynəlxalq təlimə başlayıb
10:55
1 Fev 2019