Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İT layihələrin idarə edilməsi və proqramlaşdırma idarəsinin Aparıcı İT mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
• Tam ali təhsil (texniki);
• Analoji sahədə minimum 3 il iş təcrübəsi;
• Java, .NET, PHP, PL/SQL, T-SQL, AngularJS, HTML5, CSS bilikləri;
• Yüksək analitik bacarıqlar, operativlik, təşəbbüskarlıq, problemləri həll etmə.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
• proqram təminatlarının yaradılması, idarə edilməsi, sazlanması, test olunması və monitorinqi;
• verilənlər bazarlarında SQL sorğuların icra olunması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.