Hesablama Palatası maliyyə hesabatlarında 105 milyon manatlıq uyğunsuzluq aşkarlayıb.
Hesablama Palatası I yarımildə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb
FED.az xəbər verir ki, Hesablama Palatasının 2025-ci ilin ilk yarısı üzrə hesabatına əsasən, dövlət qurumlarının maliyyə hesabatlarında ümumilikdə 105,1 milyon manatlıq uyğunsuzluq müəyyən edilib.
Hesabata görə, bu məbləğin 12,6 milyon manatı əhəmiyyətli təhrif kimi qiymətləndirilib. Uyğunsuzluqlar əsasən dövlət vəsaitlərinin uçotu və istifadə olunması zamanı mühasibat və hesabat sistemlərində yol verilmiş nöqsanlar nəticəsində yaranıb.
Qeyd olunur ki, bəzi qurumlarda dövlət əmlakı və aktivlərinin real dəyəri uçota düzgün alınmayıb, bəzi hallarda isə gəlir və xərclər qeyri-dəqiq şəkildə əks olunub.
Hesablama Palatası bu nöqsanların aradan qaldırılması və maliyyə nizam-intizamının gücləndirilməsi məqsədilə aidiyyəti qurumlara təkliflər təqdim edib. Qurum, həmçinin, bu sahədə şəffaflığın artırılması üçün monitorinqlərin davam etdiriləcəyini bildirib.