“Naxçıvan Bank” 2018-cii ilin 3-cü rübünü mənfəətlə başa vurub.
FED.az “Naxçıvan Bank”ın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, 2018-ci ilin ilk 9 ayında bankın faiz gəlirləri ilin əvvəlinə nisbətən 5,25% azalaraq 5 mln 81 min manat, faiz xərcləri 13,57% artaraq 318 min manat olub. Yekunda xalis faiz gəlirləri 2018-ci ilin 3-cü rübündə 4 mln 763 min manat təşkil edib.
Qeyri-faiz gəlirləri 2018-ci ilin 3-cü rubündə 2 mln 701 min manat, qeyri-faiz xərcləri isə 2 mln 490 min manat olub ki, sonda əməliyyat mənfəəti 4 mln 974 min manat olub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyyatın yaradılmasına ayırmalar 543 min manat təşkil edib.
Yekunda , bank bu ilin ilk 9 ayını 4 mln 430 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2018-ci ilin 2-ci rübünü də 2 mln 326 min manat mənfəətlə, 2017-ci ili də 3 mln 447 min manat mənfəətlə başa vurub.
FED.az “Naxçıvan Bank”ın “Balans” hesabatına istinadən xəbər verir ki , bankın aktivləri artıb. Belə ki, 2018-ci ilin ilk 9 ayında bankın cəmi aktivləəri ilin əvvəlinə nəzərən 44,80% artaraq 194 mln 863 min manat, cəmi kapital da 7,68% artaraq 77 mln 260 min manata çatıb. Kredit portfeli isə 67 mln 400 min manat olub.
Özü də , mənfəəti də sürətlə böyüyür - BANK HESABATI
09:54
10 Okt 2018