31 dekabr 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,907 min min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 7% çoxdur.
Eləcə də bax: 2021-ci ildə əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi - 41%-DƏK AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabrın 31-nə Bakıda 1,56 min ədəd (artım 9,2%), bölgələrdə 1,347 min ədəd (artım 4,7%) bankomat quraşdırılıb.
Respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 60,936 min ədəd təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 6,7% çoxdur.
Bununla yanaşı, Bakıda 40,549 min ədəd (artım 7,8%), regionlarda 20,387 min ədəd (artım 4,6%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 58,82 min ədəd pos-terminal və ya bütün pos-terminalların 96,6%-i quraşdırılıb.