2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən 472 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 18,7 milyon manat güzəştli kredit verilib.
Ötən il SİF 8 yaşıl layihə üzrə güzəştli kredit ayırıb
FED.az xəbər verir ki, Fondun məlumatına görə, hesabat dövründə 170 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 7 milyon manat güzəştli kredit əldə edib.
Xatırladaq ki, ötən il ərzində sahibkarların 5722 layihəsinin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 4334 yeni iş yerinin yaradılması nəzərdə tutulur.