Ötən il Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosu təxminən 5 milyard ABŞ dolları təşkil edib.
Azərbaycana daxil olan pul baratları ötən il 1,2 milyard. dollara yaxınlaşıb
FED.az xəbər verir ki, bunu Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunları dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
"Ötən il Azərbaycanın xalis maliyyə aktivləri 5,4 milyard ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard ABŞ dolları artıb. Bu mənfi saldonun yaranması ölkənin xaricə investiya yatırması ilə bağlıdır. Ölkəyə birbaşa xarici investisiyalar xalis kəsir 986 milyon kəsir olub", - deyə o, bildirib.











