Keçən il Azərbaycan Mәrkәzi Bankına (AMB) istehlakçı və investorlardan yazılı, qaynar xətt və vatsap vasitəsilə, ümumilikdə, 68 min 534 müraciət daxil olub.
Mərkəzi Bank 5 bankda - YOXLAMA APARIB
AMB-dan FED.az-a bildirilib ki, 11 min 812 yazılı müraciətin 68 faizi bank sektorunu əhatə edib. Müraciətlərin araşdırılmasının nəticəsi olaraq, bir çox məsələ öz həllini tapıb. O cümlədən fiziki şəxslərin problemli kreditlərinin həlli üzrə 2019-cu il 28 fevral tarixli Fərmana uyğun hesablanmış kompensasiya məbləğinin 43 min 275 manat hissəsinin 44 vətəndaşa geri qaytarılması təmin edilib. Bununla yanaşı, zərərçəkmiş şəxslərə ümumilikdə 839 min manatdan çox sığorta ödənişi həyata keçirilib.
Dövr ərzində “966” qaynar xəttinə daxil olmuş 55 min 37 zəng operativ şəkildə cavablandırılıb, 1242 vətəndaşla görüşlər keçirilib, vatsap xidmətinə daxil olan 1685 müraciətə baxılıb. Müraciət edənlərin hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlərin görülməsi ilə yanaşı, hüquqi maarifləndirmə işləri də aparılıb.