Ötən il Hesablama Palatası tərəfindən keçirilən auditlərlə bəzi hallarda dövlət vəsaiti və digər dövlət əmlakının səmərəsiz istifadəsinə yol verildiyi müəyyənləşdirilib.
Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı - VİDEO
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ıdna bildirilir.
Məlumata görə, Palata ötən ilin iş planı üzrə başa çatdırılmış auditlərdə 155,4 milyon manat səmərəsiz xərclər aşkarlayıb
Səmərəsiz xərclərin 20,2 milyon manatı funksional fəaliyyətə aid olduğu halda 3-cü tərəfə ötürülmə, 29,2 milyon manatı qənaət imkanlarından istifadə edilməmə, 34,7 milyon manatı mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, 71,3 milyon manatı isə digər səmərəsiz istifadə hallarına məxsus olub.
2024-cü ilin iş planına uyğun olaraq keçirilmiş auditlərdə xərclər səmərəlilik elementləri aspektindən də aradşdırılıb, əsas məqsəd dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi zamanı səmərəlilik, qənaətlilik və nəticəlilik prinsiplərinin diqqətdə saxlanıb-saxlanmadığını müəyyənləşdirmək olub.
Auditlər bəzi hallarda müəyyənləşdirilmiş strateji hədəflərə nail olunmadığını, funksional fəaliyyət üzrə Strateji İnkişaf Planı və illik Əməliyyat Planları məzmunlu sənədlərin və funksional fəaliyyət indikatorlarına nail olunma üzrə monitorinq sisteminin tətbiq edilmədiyini, strateji və əməliyyat planlaşdırılmasının əhəmiyyətli indikatorlar üzrə institusional quruluşdakı strukturları tam əhatə etmədiyini və s. halların mövcudluğunu göstərilib. (Trend)