Azərbaycan Hesablama Palatası 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyini açıqlayıb. FED.az xəbər verir ki, Hesablama Palatasının rəyində 2018-ci ildə 2 quruma büdcə ssudası verildiyi qeyd olunub.
Rəydə bildirililir ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanunda dövlət tərəfindən verilən büdcə ssudaları üzrə əməliyyatların həyata keçirilməsi nəzərdə tutulmasa da, 2 halda 86823,5 min ABŞ dolları və 2 halda 74138,4 min manat məbləğində vəsait 2 dövlət təşkilatına büdcə ssudası adı ilə verilib. Rəydə bu vəsaitlərin vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirildyi qeyd edilib. “Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları” ilə isə sərbəst qalıq vəsaitlərindən büdcə ssudası verilməsi nəzərdə tutulmadığını nəzərə alaraq Hesablama Palatası büdcə ssudalarının faizsiz verilməsinin bu vəsaitlərdən istifadə etməklə dövlət büdcəsinə əlavə gəlir əldə olunması ilə bağlı Qaydalarla müəyyən edilmiş məqsədə uyğun olmaması qənaətindədir. - deyə rəydə bildirilir.
Ötən il Azərbaycanın iki qurumuna büdcə ssudası verilib
15:51
7 İyun 2019