Ötən il Azərbaycandan Gürcüstana 40,2 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.
Sərnişinlərin nəzərinə: Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunur
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatından məlum olur.
Köçürmələrin həcmi illik müqayisədə 3,53 milyon ABŞ dolları və yaxud 8,07% azalıb.
Hesabat ilində Gürcüstandan Azərbaycana isə 65,92 milyon ABŞ dolları daxil olub ki, bu da 2024-cü ilin eyni göstəricisindən 36,4% çoxdur.
Azərbaycandan Gürcüstana ən çox pul köçürmələri 3,98 milyon ABŞ dolları olmaqla aprel ayında reallaşdırılıb. Gürcüstandan Azərbaycana isə ən çox pul köçürmələri (6,95 milyon ABŞ dolları) oktyabr ayında qeydə alınıb. (Apa)









