Günümüzdə əksər insan daimi iş yerindən əlavə pul qazanmağın yollarını axtarır və öz şəxsi biznesini qurmağa çalışır.
Əlbəttə, aylıq qazancını artırmaq üçün artıq işləməyə və ya ikinci bir işə başlamağa qərar verə bilərsiniz. Lakin, “pul qazanmaq üçün vaxt” formulu sizin özünüzə və yaxınlarınıza vaxt ayırmamağa gətirib çıxaracaq. Xüsusən də qiymətli axşamları və həftə sonlarını ailənizlə birlikdə keçirməkdən imtina etmək məcburiyyətində qalacaqsınız.
Bu səbədən siz başqa alternativ yolları sınamalısınız. Ən əsası isə online vasitə ilə pul qazanmaq sizin üçün ən sərfəli üsul ola bilər. Internet bir xəbər və əyləncə mənbəyindən başqa, bizə həm də qazanc əldə etməyə imkan verir. Bu gün internetdə onlarla qanuni fəaliyyətlər vasitəsilə milyon dollarlıq əməliyyat mübadiləsi həyata keçirilir. İnternet vasitəsilə daha çox insan öz şəxsi bizneslərini yaradır və onlayn formada əlavə pul qazanırlar. Bəziləri isə cəsarətlənərək öz bizneslərini dəyişir və tam formada internet üzərindən həyata keçirməyə başlayır.
Sizə gündəlik həyatınızda çox vaxtınızı aparmayan və günlük rejiminizi pozmayan onlayn pul qazanmağın 5 yolunu təqdim edirik.
Öz Blogunuzu və ya E-Ticarət saytınızı yaratmağa başlayın
Bu yol ən məşhur vasitələrdən biridir. Öz səhifənizi hobbi, düşüncələr və hisslərinizi başqaları ilə bölüşmək və insanlar ilə real əlaqələr yaratmaq üçün istifadə edin. Bir blogla pul qazanmanın bir çox yolu var. Məsələn, onlayn reklam (məsələn, Google Adwords), affiliate marketing(bu barədə aşağıda qeyd edilib), sabit gəlir axınını abunəçilərə əsaslanaraq təmin etmək və s. Bu, özünüzün “virtual daşınmaz əmlak” platformanızı əldə etmək üçün ən sürətli yollardan biridir.
“Affiliate Marketing” vasitəsilə
Satmaq üçün öz məhsul və ya xidmətləriniz olmasa belə, affiliate marketing sizə birdəfəlik satışlar vasitəsilə güclü komissiyalar qazanma şansı verir. Siz bir onlayn pərakəndə satıcının göndərdiyi trafik və ya satış üçün komisyon haqqı tutmaqla rahat şəkildə pul qazana bilərsiz. Tək etməli olduğunuz şey, social mediya, axtarış brauzerləri hətta öz veb saytınız vasitəsilə əlaqəni istifadə edərək şirkəti tanıtmaqdır.
Affiliate marketing ilə bağlı ən yaxşı cəhətlərdən biri odur ki, sizin öz məhsullarınızı, öz marketinq materiallarınızı yaratmağa ehtiyac yoxdur, hər hansı bir alıcı kütləsi yaratmaq məcburiyyətində də deyilsiniz. Bu yolla pul qazanmaq istəyirsinizsə gəlirli bir bazar seçin, məhsulların satış ortağı kimi özünüzü tanıdın və satış həyata keçdiyi zaman komissiya haqqı hesabına pul qazanın.
Onlayn Nəşriyyat (E-kitablar)
Hazırkı işgüzar və həyat tərzinizdən asılı olmayaraq, ehtimal ki, sizin içərinizdən çıxmaq üçün fəryad edən bir kitab var. Amazon Kindle Direct Publishing (KDP) platforması minlərlə insana nəşr müəllifləri olmaq və pul qazanmaq imkanı verir. Həmçinin, bu daha müəyyən və ənənəvi naşirlər tərəfindən diqqət çəkməyin bir yolu ola bilər. Siz təkcə Amazon.com kimi platformalarda e-kitablar satmaqla deyil, həm də birbaşa öz veb saytınızdan da sata bilərsiniz. Bununla da siz kitabları daha yüksək qiymətə satmaqla bütün mənfəəti özünüz əldə edə biləcəksiniz.
Onlayn Anketlər
Əlavə gəlir qazanmağın digər yollarından biri də, onlayn anketlərdir. Brend firmalar və bazar araşdırma şirkətləri ümidsizcə insanların məhsul və xidmətlərlə bağlı fikirlərini axtarır və bunun üçün yaxşı bir vəsait təklif edirlər. Onların mürəkkəbliyindən asılı olaraq, hər anket beş, on və ya daha çox dollar dəyərində ola bilər. Seçmək üçün çox sayda tanınmış tədqiqat şirkətləri var, amma başlanğıcda özünüzü 3-5 ilə məhdudlaşdırmaq istəyə bilərsiniz.
Online Freelancing
Fərqli yazmaq və ya jurnalistik bacarıqlarınız varsa, müxtəlif IT, proqram sahələrində usta olsanız, freelancing orta gəlir əldə etmək üçün ikinci bir mənbə ola bilər. Getdikcə şirkətlər marketinq strategiyası həyata keçirir və xüsusi tapşırıqlar üçün kənar mənbələrə müraciət edirlər. Əgər siz öz bacarıq və biliklərinizi onlara sübut edə bilsəniz, əlavə olaraq gəlir əldə edə bilərsiniz. Ehtiyacınız olan tək şey internet bağlantısı olan komputer və müəyyən qədər müştəri bazası yaratmaqdır.
Düşünün və zehninizi planladığınız gəlir hədəflərinə fokslandırın. Bundan sonra onlayn pul qazanmaq təəccübləndirici dərəcədə asan olacaq.