Cari ilin yabvar-fevral ayı ərzində Azərbaycan bankları tərəfindən 263,47 milyon dollar dəyərində əhaliyə ABŞ valyutası satılıb.
Eləcə də bax: Son 20 gündə banklar $1,5 milyarddan çox – DOLLAR ALIBLAR
FED.az Banker.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan icmal göstəricilərdə deyilir.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dollar satışının ölkədə 54 faiz artması demıkdir. Ümumilikdə, 2020-ci ilin ilk iki ayında 483,67 milyon dollarlıq valyuta satılıb.
Fevralda 127,87 milyon dollar isə banklar tərəfindən alınmışdır.
Son 1 ayda dollarla yanaşı, avroya da təlabat artıb. Belə ki, fevarl ayı ərzində Azərbaycanda 43 milyon avro vəsait müştərilərə satılıb.