Azərbaycan banklarında 27 124 641 sayda müştəri hesabları mövcuddur.
Eləcə də bax: Bank sektorunun biznes kreditləri portfeli 10 milyard manata - YAXINLAŞIR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar ayı üzrə hesabatında məlumat verilir.
Bu hesablardan 22 458 728-ini cari hesablar, 4 405 980-i kredit hesabları, 259 933-ü isə depozit hesabları təşkil edir. Cari hesabların 22 194 423-ü fiziki şəxslərə (616 580-i sahibkarlqla məşğul olanlara), 264 305-i isə hüquqi şəxslərə məxsusdur. Bir ay ərzində hüquqi şəxslər 667 yeni hesab açıblar. İllik müqayisədə isə hüquqi şəxslərin cari hesablarının sayı 32 314 və ya 13.9% artıb.
Banker.az-ın AMB-nin təqdim etdiyi hesabata əsasən apardığı hesablamalara görə, bu ilin yanvar ayı ərzində 536 816 yeni hesab açılıb və yeni açılan hesabların 79.1%-i cari hesab olub.
Qeyd edək ki, ötən ilin yanvar ayında müştəri hesablarının sayı 21 114 641-i cari hesablar, 3 708 727-si kredit hesabı, 226 040-ı depozit hesabı olmaqla, ümumilikdə 25 049 408 təşkil edirdi. İllik müqayisədə müştəri hesablarının sayının 8.3% artdığı görünür.