İyul ayında Azərbaycanda kredit təşkilatlarında (banklar, BOKT, kredit ittifaqları) əhalinin kreditləri 0,7% artaraq avqustun 1-nə 15,368 mlrd. manat təşkil edib.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, kreditlərin 26,8%-i i xarici valyutadadır və beləliklə kreditlərin dollarlaşması 2014-cü ilin noyabr ayından bəri ən aşağı səviyyəyə enib.
Qeyd edək ki, bundan əvvəl, bu il ərzində dollarlaşma 2015-ci ilin ilk aylarında qeydə alınan səviyyələrdən aşağı enmirdi. Aylıq müqayisədə kreditlərin dollarlaşması 0,1% faiz bəndi, illik müqayisədə isə 5,2 faiz bəndi azalıb.
Xatırladaq ki, avqustun 1-nə kreditlərin 6,1%-i və ya 937,5 mln. manatı problemlidir və 24%-i xarici valyutadadır. (Apa)