“İstehlak kreditlərinin idarə edilməsi istiqamətində addımlar atılıb, hazırda əlavə tədbirlər planlaşdırılmır”.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib. “İstehlak kreditlərinin məhdudlaşdırılması və biznes kreditlərinin artırılması başlıca istiqamətlərdəndir. Başqa maliyyə modelimiz yoxdur. Neftin qiymətinin düşməsi şəraitində, özünütəcrid dövründə maliyyə sektoru iqtisadiyyatı gücləndirməli olan əsas tərkib hissəsi olmalıdır. İstehlak kreditlərin idarə edilməsi istiqamətində addımlar atılıb, hazırda əlavə addım atmaq fikrində deyilik. İstehlak kreditlərinin verilməməsi kimi tələb qoyulmayıb. Sadəcə bu kreditlər əhalinin borc yükünü ağırlaşdırmadan verilməlidir. Əsasən real iqtisadiyyatı gücləndirmək istiqamətində işlər görülməlidir”, - deyə E. Rüstəmov bildirib.
AMB sədri onu da əlavə edib ki, ölkədə aqrar kreditləri, mikrokreditləşməni artırmaq lazımdır. Sadəcə yüksək faizli istehlak kreditləri vermək düz deyil. Çox vaxt banklar risk balansını gözləmirlər: “Banka ödəniş əhalinin gəlirinin 50%-dən aşağı olmalıdır ki, əvvəlki dövrlərdə banklar buna əməl etməyiblər”.
Apa