30 iyun 2022-ci il tarixinə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 492 olub.
Eləcə də bax: Azərbaycanda bankda işləyənlərin sayı - 1200 NƏFƏR ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında deyilir.
Hesabatda bu dövrdə bank şöbələrinin sayının 96 olduğu qeyd olunub.
Bankomatların sayı isə 3 minə yaxındır. Belə ki, ATM-lərin sayı 2 935-dir. Keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayının 4.7% artdığı bildirilir.
Qeyd edək ki, bankomatların 1 555-i və ya 60%-i Bakının payına düşür.