Bu ilin 2-ci rübü üzrə məlumatlara əsasən, ölkədaxili əməliyyatlarda ödəmə kartları ilə baş verən fırıldaqçılıq hallarında azalma müşahidə olunub.
Azərbaycan banklarda rəqəmsal fırıldaqçılıq artmaqdadır - MƏRKƏZİ BANK HESABAT AÇIQLADI
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, ilin 1-ci rübündə ölkə daxilində 992 fırıldaqçılıq əməliyyatı qeydə alınıb və bu əməliyyatların ümumi məbləği 430 944 manat təşkil edib. 2-ci rübdə isə göstəricilər əhəmiyyətli dərəcədə azalıb, müvafiq olaraq 570 hadisə və 344 083 manat məbləğində fırıldaqçılıq faktı aşkarlanıb. Beləliklə, əməliyyatların sayı 42%, ümumi məbləğ isə təxminən 20% azalıb.
Fırıldaqçılıq hallarının əsas hissəsi hesab və kart məlumatlarının ələ keçirilməsi ilə bağlı olub. 1-ci rübdə bu kateqoriya ümumi halların 68,8%-ni, 2-ci rübdə isə 44,47%-ni təşkil edib, başqa sözlə desək yəni bu kateqoriyada 24 faiz bəndi azalma müşahidə olunub.
Hər iki dövrdə fırıldaqçılıq əməliyyatlarının baş verdiyi əsas avadanlıq növü elektron ticarət və mobil tətbiqlər olub. 1-ci rübdə bu göstərici 96,9%, 2-ci rübdə isə 99,7% təşkil edib, yəni 2,8 faiz bəndi artım qeydə alınıb.