Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Tural Feyzullayev "Tərəqqi" medalı ilə təltif olunub.
FED.az xəbər verir ki, T.Feyzullayev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə bu ali mükafata layiq görülüb.
T.Feyzullayev həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanmasında, eləcə də icrasında yaxından iştirak edib. Bunu ölkə başçısı tərəfindən bötüvlükdə Palatanın fəaliyyətinə verilən dəyər kimi qiymətləndirmək olar.
Qeyd edək ki, son aylar Palata tərəfindən ölkənin maliyyə sektorunun inkişafı ilə bağlı uğurlu layihələr həyata keçirilir. Prezident cənab İlham Əliyevin Palata ilə bağlı son fərmanından sonra bu sahədə görülən işlər daha da sürətlənib.
Ölkə başçısı Palatanın əməkdaşını "Tərəqqi" medalı ilə təltif etdi
11:04
13 Noy 2018