2018-ci ilin Fevral ayının sonuna banklarda ödəmə vaxı keçmiş kreditlər 1 milyard 700.9 milyon manat təşkil edib.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Fevralda ödəmə vaxı keçmiş kreditlər 5 milyon manat artıb. 2 ayda artım isə 74,7 milyon manat təşkil edib.
Ötən ilin sonunda ödəmə vaxı keçmiş kreditlərin məbləği 1 milyard 626.7 milyon manat idi.
28.02.2018-ci il tarixinə verilmiş 11 milyard 561.1 milyon manat kreditin 14.7%-nin ödəmə vaxtı keçib.