Milli Məclisin bu gün keçirilən iclasında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Azərbaycanda elektron pul - EMİSSİYA EDİLƏCƏK
FED.az xəbər verir ki, qanun layihəsi 9 fəsil, 68 maddən ibarətdir.
Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minəcək.
Bu Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 (altı) ay müddətində lisenziya almalı və reyestrə daxil edilməli, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.