Xəbər verdiyimiz kimi, Mərkəzi Bank “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
Azərbaycanda ödəniş və elektron pul təşkilatları üçün kapital tələbi müəyyən edilib - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, qaydaların 10-cu bəndi valyuta mübadiləsi və valyuta əməliyyatları üzrə tələbləri müəyyən edir.
10.1-ci bənddə qeyd edilib ki, təşkilat (müstəsna olaraq bu Qanunun 3.1.6-cı və (və ya) 3.1.7-ci maddələrində göstərilən ödəniş xidmətlərini göstərən ödəniş təşkilatları istisna olmaqla) ödəniş sərəncamının icrası üçün valyuta mübadiləsi fəaliyyətini həyata keçirə bilər. Bu zaman valyuta mübadiləsi əməliyyatı ödəniş sərəncamının icrası ilə eyni vaxtda aparılmalı, ödəniş sərəncamının məbləğindən çox olmamalıdır.
Ödəniş xidməti istifadəçilərinin ölkədaxili ödəniş əməliyyatları üzrə təşkilat tərəfindən valyuta mübadiləsi əməliyyatı həyata keçirilə bilməz.
Valyuta mübadiləsi və valyuta əməliyyatları aparılarkən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və ona uyğun olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl edilməlidir.