Azərbaycanda 2015-ci ilin sonunda 80301 ədəd olan POS-terminal sayı 2018-ci ilin Yanvar ayının sonunda 65181 ədədə düşüb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən 2 il 1 ayda POS-terminalların sayı 15 120 ədəd azalıb.
Pos-terminalların sayı 2018-ci ilin yanvar ayı ərzində 290 ədəd azalıb. 2017-ci ilin sonunda POS-terminalların sayı 65471 ədəd təşkil etmişdi.
65181 ədəd Pos-terminalın 63906 ədədi ticarət obyektlərindədir.
Yanvarda bankomatların sayı 8 ədəd artaraq ötən ilin sonundakı 2431 ədəddən 2439 ədəd yüksəlib.