ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün bir sıra tədbirlər paketinin gözlənilməsi və istehlakçı aktivliyində artım göstəriciləri Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda indekslərə müsbət təkan verib.
FED.az xəbər verir ki, “Dow Jones” sənaye indeksi 0,83 faiz artaraq 30 218,26 bəndə, “S & P 500” indeksi 0,88 faiz artaraq 3 699,12 bəndə, “Nasdaq” elektron birja indeksi isə 0,70 faiz artaraq 12 464,23 bəndə çatıb.
Nyu-York Əmtəə Birjasında “WTI” markalı nefti 0,88 faiz bahalaşaraq 46,04 ABŞ dollarından satılıb. Sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,04 faiz ucuzlaşaraq 1 840,30 ABŞ dollarına ticarət olunub.