2025-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 3 milyard 51 milyon 600 min manat proqnozlaşdırılır.
2025-ci il dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim edildi - SİYAHI
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da 2024-cü illə müqayisədə 302.7 milyon manat və ya 9% azdır.
Qeyd edək ki, 2025-ci il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği isə 18 milyard 131 milyon 419,4 min manat müəyyən edilib ki, buda cari illə müqayisədə 11.8% və ya 1 milyard 910 milyon 422.5 min manat çoxdur.