HSBC bank qrupu 27 oktyabr 2023-cü il tarixindən etibarən Rusiya və Belarusa münasibətdə hüquqi şəxslər üçün pul köçürmə xidmətlərinin göstərilməsini dayandırır.
Rusiyada xaricə pul köçürmələr üzrə - YENİ SİSTEM YARADILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Yaponiyanın “Nikkei” qəzetinin yazdığına görə, bu addım beynəlxalq maliyyə sektorunda “tənzimləmə mənzərəsinin mürəkkəbləşməsi” ilə bağlıdır. Qərarın məqsədi “Rusiya və Belarusda pul köçürmələri ilə mövcud riskləri minimuma endirməkdir”.