Son günlər Bakı metrosu və avtobuslarında NFC ödəniş sistemi ilə bağlı problemlər yaşanır.
Birgə açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bəzi sərnişinlər bildirirlər ki, telefon vasitəsilə edilən təmassız ödənişlər bəzi hallarda qəbul edilmir və keçid mümkün olmur.
Sürücülərin sözlərinə görə, təxminən 1 həftədir təmassız ödəniş sistemində problem yaşanır. Bu, xüsusilə səhər və axşam saatlarında ictimai nəqliyyatda sıxlığa da səbəb olur.
Məsələ ilə bağlı "Bakı Kart"ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli bildirib ki, bəzi hallarda kart hesabında kifayət qədər vəsait olmasa belə, sistem gedişi təmin edə bilər. Kart üzrə yaranmış borc müəyyən müddət ərzində ödənilmədikdə, kart müvəqqəti olaraq məhdudlaşdırıla və istifadə üçün əlçatan olmaya bilər. Kart hesabına vəsait əlavə edildikdən sonra borc məbləği sistem tərəfindən avtomatik tutulur və kart üzrə tətbiq olunan məhdudiyyət dərhal aradan qaldırılır. Qeyd edilib ki, telefon tətbiqində qəbzin üzərindəki RRN kodu ilə məhdudlaşmanın səbəbini öyrənmək olar.













