2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 461,1 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu növ kreditlərin həcmi aylıq müqayisədə 19,8 milyon manat (1,3%) azalıb, illik müqayisədə 180,7 milyon manat (14,1%) artıb.
Qeyd edək ki, nəqliyyat sahəsinə verilmiş biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 1 milyard 480,9 milyon manat, ötən ilin eyni dövrünə 1 milyard 280,4 milyon manat təşkil edib.
Xatırlatma üçün bildirək ki, 2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 787,2 milyon manat təşkil edib.
Biznes kredit portfeli aylıq müqayisədə 40,5 milyon manat (0,2%), illik müqayisədə 2 milyard 170,4 milyon manat (17,2%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 14 milyard 746,7 milyon manat, ötən ilin eyni dövrünə 12 milyard 616,8 milyon manat təşkil edib.