2025-ci ilin birinci yarısında ümumi daxili məhsul 1,5 faiz artım göstərib.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Proqnozlara əsasən, 2025-ci ilin sonuna ümumi daxili məhsul 3 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsul isə 4,2 faiz artacaq. 2026-cı ildə isə bu göstəricilərin müvafiq olaraq 2,2 faiz və 4,3 faiz səviyyəsində olacağı gözlənilir.
Taleh Kazımov həmçinin neft və qaz qiymətlərinə dair proqnozları da bölüşüb. 2025-ci ilin sonu üçün neftin bir barelinin 68,6 dollar, qazın min kubmetri üçün isə qiymətin 299 dollar olacağı proqnozlaşdırılır. 2026-cı ildə isə neftin qiymətinin 64,6 dollar, qazın isə 290 dollar olacağı gözlənilir.