2021-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vəsaitlərinin idarə edilməsindən 1 milyard 933,8 milyon ABŞ dolları (3 milyard 287,4 milyon manat) gəlir əldə edilib.
Eləcə də bax: ADRNF-in bölüşdürülməmiş mənfəəti 42 milyard manata - YAXINLAŞIB
FED.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, qurumun büdcəsində nəzərdə tutulandan 4,3 dəfə çoxdur.
Ötən il Fondun investisiya portfelinin orta illik gəlirlilik göstəricisi isə 4,5 % təşkil edib ki, bu da proqnozdan 3,4 faiz bəndi çox, əvvəlki illə müqayisədə isə 1,7 % çoxdur. Artıma səbəb səhmlər və daşınmaz əmlak üzrə gəlirliliyin yüksək olmasıdır.
ARDNF-nin Müşahidə Şurasının 10 iyun 2022-ci il tarixli iclasında Fondun 2021-ci ildə fəaliyyəti barədə yekunları, maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun rəyi, habelə büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi nəzərdən keçirilib. Qurumun gəlirlərinin 15 milyard 985,7 milyon manat və yaxud 199,8 % səviyyəsində, xərclərinin isə 11 382,7 milyon manat və yaxud 92,9 % səviyyəsində icrası ölkə prezidentinin 8 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilib.
ARDNF-in maliyyə fəaliyyətinin auditini “PricewaterhouseCoopers Audit Azərbaycan” MMC keçirib. (Report)