Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə FED.az Fonda istinadən xəbər verir.
Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin dekabr ayı ərzində 149,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Beləliklə, ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında Fondun valyuta satışı 2,8 dəfə artıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvar ayında Fondun valyuta satışı 2,2 dəfə artıb.