Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən aprelin 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 78,5 milyon dollar gəlir əldə edib.
"Əsrin müqaviləsi" və "Şahdəniz" üzrə - GƏLİRLƏR NİYƏ AZALIR? - SƏBƏBİ AÇIQLANDI
FED.az Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 8,1 dəfə azalaraq 15,7 milyon dollar təşkil edib.