Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 442,085 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2,96 dəfə azalma deməkdir.
AÇG və “Şahdəniz”dən indiyədək 648 mln. ton neft hasil edilib
ARDNF-dən FED.az-a verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.01.2025 tarixinə) 132,482 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,45 dəfə azalma deməkdir.