Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən oktyabrın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.
«Azərbaycanda neft gəlirləri azalır, qaz onu əvəz etməyəcək» - AGENTLİKDƏN XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 2,3 dəfə azalaraq 113,878 milyon dollar təşkil edib.