Dekabrın 19-da Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalına Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Dövlət Neft Fondunun 2026-cı il üzrə büdcə proqnozları, o cümlədən, Fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.
İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.














