Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-2024-cü illərdə maliyyə aktivlərinin idarə edilməsindən ümumi gəliri 7,2 milyard ABŞ dolları təşkil edib.
Ötən il Neft Fondu 45 ton qızıl alıb - Bu il də davam edəcək
FED.az xəbər verir ki, bunu ARDNF-in Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəli̇rli̇li̇yi̇ şöbəsi̇nin müdiri Toğrul Rəhimbəyli 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə bildirib.
"Bu məbləğin 2,7 milyard ABŞ dollarını istiqrazlara, 3,5 milyard ABŞ dollarını səhmlərə, 1 milyard ABŞ dollarını isə daşınmaz əmlaka investisiya qoyuluşundan əldə edilən gəlirlər təşkil edib", - o qeyd edib.
T. Rəhimbəyli vurğulayıb ki, ARDNF öz strategiyası çərçivəsində gəlirliliyi artırmaq məqsədilə portfelin şaxələndirilməsini həyata keçirir.
"Daşınmaz əmlak və səhmlərin payının nisbətən az olmasına (cəmi 21 %) baxmayaraq, onların ümumi mənfəətə töhfəsi təxminən 63 % təşkil edib", - o əlavə edib.
T.Rəhimbəyli vurğulayıb ki, son 7 ildə ARDNF-in investisiya portfelinin orta illik gəlirliliyi 3 % təşkil edib. (Report)