Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 01 may 2024-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
"Əsrin müqaviləsi" və "Şahdəniz" üzrə - GƏLİRLƏR NİYƏ AZALIR? - SƏBƏBİ AÇIQLANDI
FED.az xəbər verir ki, 2024-cü ilin ilk 4 ayında AÇG yatağından 1 milyard 798,6 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 202 milyon 715 min ABŞ dolları gəlir götürülüb.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 60 milyon 784 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ARDNF 2023-cü ilin ilk 4 ayında AÇG yatağından 2 milyard 468 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 935 milyon 754 min ABŞ dolları gəlir əldə etmişdi.