Yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29,26 faizi Avropa, 23,48 faizi Asiya-Sakit Okean ölkələri, 24,96 faizi Şimali Amerika, 1,16 faizi Avstraliya-Yeni Zelandiya, 1,09 faizi Yaxın Şərq, 0,04 faizi Cənubi Amerika və 5,85 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edib.
Eləcə də bax: Dövlət Neft Fondu aktivlərinin cüzi artdığını - Açıqladı
FED.az xəbər verir ki, bu barədə ARDNF-in 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.
İl ərzində Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 59,26 faizi inkişaf etmiş ölkələr, 20,73 faizi inkişaf etməkdə olan ölkələr, 5,85 faizi beynəlxalq maliyyə təşkilatları, 14,16 faizi qızıl təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Avropa və Asiya-Sakit Okean ölkələrinə investisiyaları azalıb.
Bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29,26 faizi Avropa ölkələri təşkil edib. Ötən ilin əvvəlinə olan məlumata görə isə fondun coğrafi regionlar üzrə təsnifatında 33,8 faizi Avropa təşkil edirdi. Beləliklə də, il ərzində Neft Fondu Avropa ölkələrinə investisiyalarını 4,54 faiz azaldıb.
Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun Asiya-Sakit Okean ölkələrinə investisiyaları da azalıb. Belə ki, ötən ilin əvvəlində Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında bu ölkələrə investisiyalarla bağlı göstərici ilin sonuna nisbətən 33,76 faizdən 23,48 faizə enib.
Bu müddətdə fondun Şimali Amerikaya investisiyaları üzrə göstərici 24,91 faizdən 24,96 faizə yüksəlib, Avstraliya-Yeni Zelandiya üzrə göstərici isə 2,04 faizdən 1,16 faizə düşüb. (Marja)