Bu ilin yanvar-noyabr aylarında - (01.01.2024 - 01.12.2024 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 5 725,4 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,9% azdır.
FED.az xəbər verir ki, ARDNF-dən verilən məlumata görə, 2023-cü ilin eyni dövründə sözügedən göstərici 6 353,8 mln. ABŞ dolları səviyyəsində olub.