Bu ilin yanvar-oktyabr aylarında - (01.01.2024 - 01.11.2024 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 5 334.2 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9.1% azdır.
AÇG-dən dövlətə ötürülən qazın həcmi 20% artıb
FED.az xəbər verir ki, ARDNF-dən verilən məlumata görə, 2023-cü ilin eyni dövründə sözügedən göstərici 5 milyard 865,8 mln. ABŞ dolları səviyyəsində olub.